Xəstəxanada olan ABŞ-ın müdafiə naziri Lloyd Ostin Amerika Silahlı Qüvvələrinin komandanlığında fəal iştirak edir.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CBS telekanalında bildirib.
“Bir neçə gün əvvəl husilərin mövqelərini vurduğumuz zaman o, xəstəxana otağından müzakirənin bir hissəsi idi”, – deyə Kirbi söyləyib.
O bildirib ki, Ostin ABŞ prezidenti Co Baydenlə müntəzəm əlaqə saxlayır .
Qeyd edək ki, yanvarın 9-da, Amerikanın müdafiə nazirinə xərçəng diaqnozu qoyulub və əməliyyat olunub. Mütəxəssislərin proqnozuna görə, nazirin tamamilə sağalacağı gözlənilir, lakin bərpa prosesi gecikə bilər.