Ana Sayfa > Karusel / Manşet > Prezident COP29-la bağlı Təşkilat Komitəsi yaratdı - SİYAHI
Prezident COP29-la bağlı Təşkilat Komitəsi yaratdı - SİYAHI13-01-2024, 14:06. Yazar: Admin |
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Təşkilat Komitəsinin sədri Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Təşkilat Komitəsinin üzvləri: Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Arif Səmədov – Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Ruslan Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti. Təşkilat Komitəsi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirməli; əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görməlidir. Nazirlər Kabineti isə bu sərəncamda nəzərdə tutulan Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etməlidir. Geri dön |