Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > ANS-in rəhbəri Ağdamda saatqayırma zavodu TİKDİRİR

ANS-in rəhbəri Ağdamda saatqayırma zavodu TİKDİRİR


13-01-2024, 13:11. Yazar: Admin

ANS-in rəhbəri Ağdamda saatqayırma zavodu TİKDİRİR

İşğaldan azad olunmuş Ağdam şəhərində “VMF” markalı saatlar istehsal edəcək zavod açılacaq.

Qarabaqinfo.az xəbər verir ki, bunu 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərən “VMF” saatqayırma fabrikinin sahibi Vahid Mustafayev bildirib.

“Hazırda həyatımdakı ən başlıca arzularımdan birini həyata keçirməklə - Ağdamda saat zavodunun tikintisi məsələləri ilə məşğulam. İşğaldan azad edilmiş torpaqlarımızın inkişafı üçün əlindən gələni edən ilk şəxslərdən biri olmağımla hədsiz qürur duyuram”, - V.Mustafayev deyib.

Qeyd edək ki, V.Mustafayev fəaliyyəti dayandırılmış ANS teleşirkətinin rəhbəridir.

V.Mustafayevin sahibi olduğu ANS telekanalının yayımı 18 iyul 2016-cı il tarixindən dayandırılıb, ANS ÇM radiosunun lisenziyası isə ləğv edilib.


Geri dön