Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda bir gündə 19 şagird koronavirusa yoluxub

Azərbaycanda bir gündə 19 şagird koronavirusa yoluxub


24-09-2020, 15:36. Yazar: Admin

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVİD-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.

Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 94, işçi heyətinin sayı 2 olub. 

Bu gün virusa yoluxmuş şagirdlərin sayı 19, işçi heyətinin sayı 3 nəfər təşkil edib. 

Distant təhsilə keçirilmiş siniflərin sayı 3 olub. 

Bu günə  qədər distant təhsilə keçən siniflərin sayı 9, məktəb sayı isə 1-dir.

Xəbərlər - Azərbaycan Respublikası Təhsil Nazirliyi


Geri dön