Ana Sayfa > Karusel / Qarabağ > General Heydər Piriyev vəzifədən azad olunub

General Heydər Piriyev vəzifədən azad olunub


12-01-2024, 14:59. Yazar: Admin

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyinin bir sıra yüksək vəzifəli hərbçiləri istefaya və ehtiyata göndərilib.

Qarabaginfo.az “bizim.media”-ya istinadən xəbər verir ki, general-leytenant Heydər Piriyev də tutduğu vəzifədən azad olunub.

H.Piriyev Azərbaycan Milli Müdafiə Akademiyasının rektoru vəzifəsini icra edirdi. O, 2022-ci ilin iyun ayında bu vəzifəyə təyin edilmişdi.

Milli Müdafiə Akademiyasına Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Gündüz Əbdülov rektor təyin edilib.


Geri dön