Ana Sayfa > Karusel / Region > Qamsaxurdiyanın oğluna vəzifə verildi

Qamsaxurdiyanın oğluna vəzifə verildi


12-01-2024, 13:06. Yazar: Admin

Qamsaxurdiyanın oğluna vəzifə verildi

 

Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Konstantin Qamsaxurdiya ölkə parlamentinin Milli Kitabxanasının direktoru olacaq.

 

Qarabaginfo.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, bu vəzifədə 11 il işləmiş Georgi Kekelidzeni əvəz edəcək.

"Bir çox amillərə görə kadr dəyişiklikləri aparılır. Bu qərar kitabxananın gələcək inkişafı üçün verilib, yeniliklərin vaxtı çatıb. Milli Kitabxana ümumi mədəni irsimizə, gələcək nəslin tərbiyəsinə xidmət edən böyük bir kollektivdir və bu inkişafda Georgi Kekelidzenin böyük rolu olub. Qamsaxurdiya bu vəzifənin öhdəsindən gələcək, ona uğurlar arzulayıram”, - Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

 

Qeyd edək ki, Z.Qamsaxurdiya 1990-cı illərin əvvəlində Gürcüstana başçılıq edib.


Geri dön