"Biz Ermənistan və Azərbaycan arasında sabit sülhün mümkün olduğuna inanmaqda davam edirik".
Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departameninin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.
O, Dövlət Departamenini bundan sonra da sülh sazişi üçün fəaliyyətini davam etdirəcəyinə əmin edib.
"Aydındır ki, koordinator Bono, dövlət katibi və başqaları bu işdə dərindən iştirak edirlər", - Patel deyib.
Yanvarın 8-də ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Luis Bono İrəvanda olub. O, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan, Ermənistan-Türkiyə nizamlanması məsələsi üzrə xüsusi nümayəndəsi, xarici işlər naziri Ararat Mirzoyanla görüşüb, bir sıra məsələləri müzakirə edib.