Ana Sayfa > Karusel / Region > Hacıbala Abutalıbovun oğlu İstanbulda tarixi binaya müdaxilə etdi - FOTO

Hacıbala Abutalıbovun oğlu İstanbulda tarixi binaya müdaxilə etdi - FOTO


11-01-2024, 13:42. Yazar: Admin

Hacıbala Abutalıbovun oğlu İstanbulda tarixi binaya müdaxilə etdi - FOTO

 

Bakının sabiq icra başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib.

 

Qarabaginfo.az xəbər verir ki, sözügedən iddia Türkiyənin "Birgün" nəşrində yayılıb.

 

Məlumata görə, o, İstanbulun Fatih bölgəsində yerləşən tarixi binanın üstündə yeni mərtəbə inşa edib. Nəşr sözügedən ərazidə İsrafil Abutalıbova məxsus bir çox mülkün olduğunu yazıb.

 

Bərpa adı altında binanın xarici görünüşünə xələl gətirilib. Məsələ ilə bağlı şikayət edilsə də, binada inşaat işləri davam etdirilib.

 

İndiyədək ərazidə söküntü aparılmayıb, prokurorluğa müraciət isə nəticəsiz qalıb.


Geri dön