Ana Sayfa > Karusel / Cəmiyyət > Məşhur yapon jurnalist Azərbaycanda yaşamaq istəyir

Məşhur yapon jurnalist Azərbaycanda yaşamaq istəyir


11-01-2024, 12:37. Yazar: Admin

Məşhur yapon jurnalist Azərbaycanda yaşamaq istəyir - VİDEO

 

118 xarici ölkəyə səyahət etmiş 38 yaşlı yapon jurnalist, komediya aktrisası Ayako İmoto Azərbaycanda yaşamaq arzusunun olduğunu bildirib.

 

Qarabaginfo.az xəbər verir ki,o, Yaponiyanın nüfuzlu NHK telekanalında yayımlanan "Asaichi" səhər proqramında çıxış edib.

 

Veriliş zamanı aparıcı jurnalistə harada yaşamaq istədiyi barədə sual ünvanlayıb. A.İmoto suala "Azərbaycan" cavabını verib.

 

Jurnalist cavabını belə izah edib: "Azərbaycanda insanlar yaxşı və mehribandır. Şəhərlərində müasirliklə qədimilik vəhdət təşkil edir. Ora, sanki, Kiotoya bənzəyir". (modern.az)


Geri dön