Ana Sayfa > Karusel / Cəmiyyət > Sabahın hava proqnozu

Sabahın hava proqnozu


24-09-2020, 13:03. Yazar: Admin

 

Azərbaycanın bəzi rayonlarında yağış, leysan və dolu gözlənilir - HAVA PROQNOZU » QƏRBİNFO.az - xəbər portalı

Sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Qarabaginfo.az xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 26-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.  

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz  bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz  14-17 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 25-26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Geri dön