Ana Sayfa > Karusel / Səhiyyə > Səhiyyə Nazirliyi bu şəxsləri qripə qarşı peyvənd olunmağa çağırır

Səhiyyə Nazirliyi bu şəxsləri qripə qarşı peyvənd olunmağa çağırır


11-01-2024, 10:43. Yazar: Admin

Qış mövsümü və havaların kəskin soyuması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir. Bununla əlaqədar, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks epidemik tədbirlərin gücləndirilməsi məqsədilə ölkəmizdə mövsümi qripə qarşı vaksinasiya kampaniyası davam edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların, xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı uşaq və böyüklərin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir.

Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi risk qrupuna aid ölkə vətəndaşlarını mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.

Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış yeri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edə bilərlər.


Geri dön