Ana Sayfa > Karusel / Siyasət > Xarici dövlət rəsmisinə Bakıya səfərində sui-qəsd planlaşdıran əcnəbilərin məhkəməsi başladı - Şok ssenari

Xarici dövlət rəsmisinə Bakıya səfərində sui-qəsd planlaşdıran əcnəbilərin məhkəməsi başladı - Şok ssenari


11-01-2024, 10:13. Yazar: Admin

xarici-dovlet-resmisine-bakiya-seferinde-sui-qesd-planlasdiran-ecnebilerin-mehkemesi-basladi

Xarici ölkə vətəndaşları Yazdan Shenas Khales Hossein Ramezanali və Javidanhelan Ehsan Hosseinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaqı başa çatmış cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Qarabaginfo.az xəbər verir ki, cinayət işi üzrə məhkəmə baxışı hakim Novruz Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı 17 yanvar 2024-cü ilə təyin edilib.

Yazdan Shenas Khales Hossein Ramezanali və Javidanhelan Ehsan Hossein Azərbaycana əfsanə motiv altında gələrək digər xarici dövlət rəsmisi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşının Azərbaycan Respublikasına növbəti səfəri zamanı Bakı şəhərində ona qarşı sui-qəsd (terror aktı) törətməyə hazırlıq hərəkətlərində ittiham olunurlar.

Həmin şəxslər 2023-cü ilin may ayının 31-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb, cinayət əməlləri ifşa olunub, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq), 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə məsuliyyətə cəlb edilərək həbs ediliblər.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 277-ci maddəsi ilə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

 


Geri dön