Ana Sayfa > Karusel / Hadisə > Sirkdə texniki nasazlıq - Tədbirlər dayandırıldı

Sirkdə texniki nasazlıq - Tədbirlər dayandırıldı


10-01-2024, 16:16. Yazar: Admin

 

sirkde-texniki-nasazliq

Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri paytaxtın iritutumlu mədəniyyət müəssisələrindən olan Bakı Dövlət Sirkinə baxış keçirib.

Bu barədə Qarabaginfo.az-a Bakı Dövlət Sirkindən məlumat verilib.

Bildirilib ki, binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər qeyd olunub: “Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və bu barədə müvafiq tapşırıqlar verilib. Yanvarın 7-dən sirkin fəaliyyəti müvəqqəti dayandırılıb. Binada işlər yekunlaşdırıldıqdan sonra sirk yenidən qapılarını tamaşaçılara açacaq”.

Qeyd edək ki, Bakı Dövlət Sirki SSRİ dövründə tikilən unikal memarlığa malik bu binada 1967-ci ildən fəaliyyət göstərir.


Geri dön