Ana Sayfa > Karusel / Gündəm > İrəvan sülh təkliflərini Bakıya GÖNDƏRİB
İrəvan sülh təkliflərini Bakıya GÖNDƏRİB10-01-2024, 14:42. Yazar: Admin |
Rəsmi İərvan sülh müqaviləsinin mətni ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana göndərib.
Onun sözlərinə görə, Azərbaycanın təkliflərini dekabrın sonunda alıblar. Yanvarın 4-də isə İrəvan öz təkliflərini Bakıya göndərib.
“Biz həmin təkliflər üzərində çox konstruktiv işlədik və təkliflərimizi göndərdik. Sülh müqaviləsinin son nəticədə əsaslanacağı prinsiplər vacibdir. Ölkələr heç bir qeyri-müəyyənlik olmadan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bu, maksimum aydınlığın lazım olduğu bir məsələdir və yekun sülh müqaviləsi bu aydınlığı təmin etməlidir. Əgər ölkələr arasında demarkasiya prosesi uzun müddət çəkə bilərsə, o zaman sülh sazişi heç olmasa gələcəkdə demarkasiya prosesinin davam edəcəyi aydın əsaslara malik olmalıdır. Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gələcək demarkasiya Ermənistanın heç bir qeyri-müəyyənliyə yol verə bilməyəcəyi məsələlərdir”, - Mirzoyan vurğulayıb. Geri dön |