Ana Sayfa > Karusel / Kriminal > Bakıda 1-ci sinif şagirdi qızılcadan öldü - Foto

Bakıda 1-ci sinif şagirdi qızılcadan öldü - Foto


9-01-2024, 10:58. Yazar: Admin

bakida-1-ci-sinif-sagirdi-qizilcadan-oldu

Bakıda daha bir məktəbli qızılcadan vəfat edib.

Qarabaginfo.az xəbər verir ki, 2015-ci il təvəllüdlü Ömər Heydərov qızılca xəstəliyi səbəbindən həyatını itirib.

Ömər Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub.

 

Məktəbdən saytımıza bildirilib ki, Ö.Heydərov xəstəliklə əlaqədar dekabrın 29-30-da dərslərdə iştirak edə bilməyib, daha sonra isə onun vəziyyəti pisləşib və dünyasını dəyişib.

Qeyd edək ki, son 2 ayda Azərbaycanda 10-a yaxın azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.

 


Geri dön