Ana Sayfa > Karusel / Sosial > Yaxın 3 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Yaxın 3 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ


2-01-2024, 13:14. Yazar: Admin

Yaxın 3 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkədə güclü külək əsəcəyi barədə xəbərdarlıq edib.

QurumdanQarabaginfo.az-a verilən məlumata görə, yanvarın 2-si günün ikinci yarısından 3-ü səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s, 3-ü günün ikinci yarısında isə qısa müddətə şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.


Yanvarın 3-4-də Azərbaycan rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.


Geri dön