Ana Sayfa > Karusel / Siyasət > Sülh müqaviləsinin vaxtı və yerini Bakı ilə İrəvan müəyyən etməlidir - Rusiya XİN
Sülh müqaviləsinin vaxtı və yerini Bakı ilə İrəvan müəyyən etməlidir - Rusiya XİN30-12-2023, 13:13. Yazar: Admin |
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanma tarixini və yerini müəyyən etmək bu dövlətlərin özlərinin səlahiyyətidir”. Qarabaginfo.az, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. O müqavilənin Moskvada imzalana biləcəyi ilə bağlı suala cavab verərkən deyib:
Diplomatın sözlərinə görə, Moskvanın hazırkı mövqeyi ondan ibarətdir ki, Cənubi Qafqazın taleyini orada mövcud olanlar müəyyən etməlidir. “Kosovo, İraq, Əfqanıstan, Liviya, Suriya, relsdən çıxmış Yaxın Şərq məsələsi faktiki olaraq ABŞ-ın inhisarında idi. Ukrayna nümunəsi tanınmış “demokratlar” və “barışdırıcıların” müdaxiləsinin nəyə səbəb olduğunu birbaşa göstərir”, - deyə Rusiya Xarici İşlər Nazirinin rəsmisi vurğulayıb.
“Biz öz tərəfimizdən iki qonşu dövlətin barışmasına, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərpasına əvəzsiz töhfə vermək üçün nəzərdə tutulmuş balanslaşdırılmış sülh müqaviləsinin hazırlanmasında Azərbaycan və Ermənistana yardım göstərmişik və göstərməkdə davam edirik”, - Qaluzin qeyd edibi.
Qaluzin daha sonra bildirib: “Rusiya danışıqlar platforması olaraq həmişə müttəfiqlərimizin və tərəfdaşlarımızın ixtiyarındadır”. Geri dön |