Ana Sayfa > Karusel / İdman > Türkiyə Superkubokunun Xankəndidə keçirilməsini təklif etdi
Türkiyə Superkubokunun Xankəndidə keçirilməsini təklif etdi30-12-2023, 13:12. Yazar: Admin |
Türkiyəli siyasətçi Sinan Oğan “Fənərbaxça” və “Qalatasaray” arasındakı Superkubok matçının Xankəndidə keçirilməsini təklif edib. “Qafqazinfo” xəbər verir ki, o bu barədə öz “X” hesabındakı paylaşımında bildirib: “Əgər xarici ölkədə oynamaq istəyirsinizsə, Xankəndi stadionunu məsləhət görürəm. Əks halda, final Türkiyə paytaxtına yaraşır”. Qeyd edək ki, Türkiyə Superkubokunda keçirilməli olan “Fənərbaxça” – “Qalatasaray” matçı Səudiyyə Ərəbistanı hökumətinin qadağalarına görə təxirə salınıb.
Geri dön |