Ana Sayfa > Karusel / Sosial > "Azərsu"ya müraciət edilməsi asanlaşdı
"Azərsu"ya müraciət edilməsi asanlaşdı24-09-2020, 12:11. Yazar: Admin |
Bu gün "Azərsu" ASC "e-Su.az" portalını istifadəyə verilib. Portal vətəndaşların "Azərsu"ASC-yə müraciətlərini asanlaşdırır və portal vasitəsilə ASC ilə bağlı bütün əməliyyatlar həyata keçirmək mümkün olacaq. Qarabaginfo.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nın Elektron İdarəetmə və Müasir Texnologiyalar Departamentinin rəisi Emil Əhmədov deyib. Onun sözlərinə görə, portal su istehlakçısının şəxsi kabineti olaraq fəaliyyət göstərir: "Sistemə elektron bildiriş və "Azərsu"ya şikayətlərin göndərilməsi kimi xidmətlər öz əksini tapacaq". O əlavə edib ki, 2019-cu ilin iyun ayından etibarən bu portal hazırlanmağa başlanılıb:"Bu ilin sentyabr ayından isə portal istifadəyə hazırdır. Sistem vahid platforma şəkilində yığılıb. Hələlik 8 elektron xidmət portala daxil edilib. Sistemə "myGov" portalı üzərindən də keçid əldə etmək mümkündür. Sistemdə yeni istehlakçıların qeydə alınması, arayışların verilməsi kimi xidmətlər də daxil edilib. Növbəti ildən portalın mobil versiyası təqdim ediləcək". Geri dön |