Ana Sayfa > Karusel / Təhsil > Məktəb direktorları müəllimlər arasından seçiləcək - Nazir detalları AÇIQLADI

Məktəb direktorları müəllimlər arasından seçiləcək - Nazir detalları AÇIQLADI


29-12-2023, 12:39. Yazar: Admin

Məktəb direktorları müəllimlər arasından seçiləcək - Nazir detalları AÇIQLADI

 

İbtidai sinif və Azərbaycan dili müəllimləri birinci mərhələdə, demək olar ki, tam sertifikatlaşdırılıb. Birinci mərhələdə uğur qazana bilməyənlərə bu yay yenidən şans veriləcək.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə "AzTV"yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.

 

Nazir bildirib ki, 2024-cü ildə riyaziyyat və xarici dil fənləri üzrə sertifikatlaşdırma imtahanı olacaq. Emin Əmrullayev vurğulayıb ki, 2026-cı ilə qədər ölkədə 137 minə yaxın müəllimin sertifikasiyadan keçməsi planlaşdırılır.

 

O xatırladıb ki, sertifikasiya prosesində uğur qazanan müəllimlərin əməkhaqlarına əlavələr ediləcək. Nazir müəllimlərin maaşlarının artdığını və bu artımın davam edəcəyini bildirib.

 

1311797

 

Nazir əlavə edib ki, məktəb direktorları yuxarı bal toplamış müəllimlər arasından seçiləcəklər. O, prosesin tədricən həyata keçiriləcəyini vurğulayıb.

 

“İkinci istiqamət müəllimlərə dəstək məqsədilə metodik xidmətin qurulmasıdır. Yüəksək bal toplamış müəllimlərimizin növbəti mərhələdə baş müəllim, mentor, metodist, ekspert və ya başqa adlarla karyeralarının inkişaf etdirilməsi hədəfimizdir. Hal-hazırda bu adlar müzakirə edilir", - elm və təhsil naziri qeyd edib.

 

O, fərqlənmənin olduqca önəmli olduğunu diqqətə çatdırıb: "Əsas məsələlərdən biri də müəllimlərin yarımştat işdən tam məktəbə bağlı olan vəzifəyə keçirilməsidir. Bu, olduqca vacibdir". Nazir deyib ki, Azərbaycanda təxminən 4 müəllimdən birinin orta həftəlik dərs yükü 7 saatdır.

 

"Prosesi ardıcıl, səbirlə və mərhələli yerinə yetirsək, növbəti üç il ərzində Azərbaycan müəllimlərinin həm hazırlıq səviyyəsi, gəm əməkhaqları daha da yaxşılaşacaq”, - o əlavə edib.


Geri dön