Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammitindən bir neçə gün ötsə də, xarici media Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın əl sıxıb görüşməsini tədbirin əsas hadisəsi kimi hələ də diqqət mərkəzində saxlayır.
Qarabaqinfo.az xəbər verir ki, Rusiyanın “Kommersant” nəşrinin öz mənbələrindən aldığı məlumata görə, tezliklə Azərbaycanla Ermənistan arasında imzalana biləcək sülh müqaviləsi üzərində hazırda fəal iş gedir. Adı çəkilən nəşr konkret tarix göstərməsə də, sülh sazişinin 2024-cü ilin lap əvvəllərində imzalana biləcəyini iddia edir.
“Kommersant” yazır ki, MDB-nin qeyri-rəsmi sammitində əsas nyusmeykerlərdən biri Ermənistanın baş naziri Nikol Paşinyan olub. Paşinyanın İlham Əliyevlə qısa görüşünü şərh edən nəşr “Ermənistan Azərbaycanla sülh bağlamağa hazırlaşır” başlıqlı məqalə ilə çıxış edib.