Ana Sayfa > Karusel / Hadisə > Sulutəpədə 2 nəfər dəm qazından boğularaq ölüb

Sulutəpədə 2 nəfər dəm qazından boğularaq ölüb


28-12-2023, 09:54. Yazar: Admin

 

Sulutəpədə 2 nəfər dəm qazından boğularaq ölüb

Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb.

 

Qarabaqinfo.az  xəbər verir ki, 1975-ci il təvəllüdlü Quliyev Elnur Rəhman oğlu və 2000-ci il təvəllüdlü Əliyev Elşən Hüseyn oğlu birlikdə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüblər.

 

Faktla bağlı Bakı şəhəri Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.


Geri dön