Ana Sayfa > Karusel / Mədəniyyət > Teatrda 332 minlik mənimsəmə - Bu şəxs məsuliyyətə cəlb edildi
Teatrda 332 minlik mənimsəmə - Bu şəxs məsuliyyətə cəlb edildi27-12-2023, 15:14. Yazar: Admin |
Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi Aytən Kərimova cinayət məsuliyyətinə cəlb edilib. Qarabaginfo.az xəbər verir ki, xanım mütəxəssis 332 min manat mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq. Geri dön |