Xarici ölkələrdə olan əmlakların izlənməsi ilə bağlı Baş Prokurorluq tərəfindən işlər aparılır.
Bunu Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyevi qurumun İnstaqram sosial şəbəkədəki səhifəsində canlı yayımda deyib.
O bildirib ki, şəxsin cinayət yolu əldə etdiyi pulla xarici ölkədə aldığı əmlaklarla bağlı məhkəmə tərəfindən həbs qərarı çıxarılsa, o işlə bağlı Baş Prokorurluq tərəfindən sorğu göndərilir:
“Bu yaxınlarda bir şəxsin xarici ölkə bankında olan 1 milyon 200 min manat məbləğin vəsaitinin müsadirə edilməsi ilə bağlı işlər görülüb. Azərbaycan Baş Prokurorluğunun sorğusu əsasında həmin ölkənin məhkəməsi bu işə baxıb və həmin məbləğin üzərinə həbs qoyaraq geri qaytarılması ilə bağlı qərar qəbul edilib. Yaxın zamanlarda həmin məbləğin Azərbaycana geri qaytarılması təmin ediləcək”.