Ana Sayfa > Karusel / Siyasət > Fransalı 2 diplomat “arzuolunmaz şəxs” elan edildi
Fransalı 2 diplomat “arzuolunmaz şəxs” elan edildi26-12-2023, 17:21. Yazar: Admin |
Dekabrın 26-sı Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. Məlumata görə, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.
Geri dön |