Ana Sayfa > Karusel / Gündəm > Ölkəmizdə yumurta bahalaşıb? - Rəsmi AÇIQLAMA

Ölkəmizdə yumurta bahalaşıb? - Rəsmi AÇIQLAMA


26-12-2023, 13:28. Yazar: Admin

 

Ölkəmizdə yumurta bahalaşıb? - Rəsmi AÇIQLAMA

 

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası ökədə yumurta qiymətlərinin artması ilə bağlı xəbərlərə münasibət bildirib.

 

Qarabaqinfo.az xəbər verir ki, qurum məlumatları təkzib edib.

 

"Bəyan edirik ki, nəinki son günlərdə, hətta son aylarda Birliyimizdə təmsil olunan yumurta istehsalçılarının heç biri tərəfindən yumurtanın müəssisədən çıxış qiymətində artım edilməyib. Belə ki, içərisində 360 yumurta olan bir qutunun marketə çatdırılma da daxil olmaqla, qiyməti 53 manat təşkil edir ki, bu da 1 yumurta üçün 14,5 qəpik deməkdir. Bu qiymət hətta ötən ilin eyni dövründəkindən 1 qəpik ucuzdur.


Bu gün Azərbaycanda gündəlik süfrə yumurtası istehsalı 5 milyon ədədə yaxın, gündəlik tələbat isə 3,6 milyon ətrafındadır. İxraca yalnız və yalnız tələbatdan artıq olan yumurta göndərilir. 

 

Biz istehsalçılar olaraq, satış şəbəkələrinə müraciət edirik ki, onlara satış qiymətində hər hansı dəyişiklik etmədiyimiz halda qiyməti artırıb, cəmiyyətimizi narahat edən yalan əsaslandırmalarla əhali arasında ajiotaj yaratmasınlar.

 

Azərbaycan dövləti bütün kənd təsərrüfatı istehsalçılarına olduğu kimi quş əti və yumurta istehsalçılarına da bir sıra mühüm dəstək mexanizmləri tətbiq edir. İndiki şəraitdə ölkəmizdə yumurtanın qiymətinin artırılması üçün hər hansı iqtisadi əsas yoxdur. Buna görə də biz məhsulumuzu əvvəlki qiymətlərlə satış şəbəkələrinə təqdim edirik. 


Biz bir daha bəyan edirik ki, Azərbaycanın əsas yumurta istehsalçılarından heç biri topdandansatış qiymətlərində hər hansı dəyişiklik etməyib.  Eyni zamanda vətəndaşlarımızı əmin edirik ki, əhalimizin tələbatını ödəyəsi həcmdən daha artıq istehsal var və hər hansı çatışmazlıq mövcud deyil. Satış şəbəkələrinin sizləri aldatmasına imkan verməyin", - açıqlamada deyb


Geri dön