Ana Sayfa > Karusel / Qarabağ > Yusif Vəzir Çəmənzəminlinin nəşini Şuşaya gətirək - Fazil Mustafa

Yusif Vəzir Çəmənzəminlinin nəşini Şuşaya gətirək - Fazil Mustafa


26-12-2023, 12:13. Yazar: Admin

 

Yusif Vəzir Çəmənzəminlinin nəşini Şuşaya gətirək - Fazil Mustafa

Milli Məclisdə Yusif Vəzir Çəmənzəminlinin nəşinin Azərbaycana gətirilməsi təklif edilib. 

 

Qarabaqinfo.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa çıxış edib. 

 

“Azərbaycanın görkəmli sənatkarı Yusif Vəzir Çəmənzəminlinin nəşi Rusiyada dəfn edilib. Hazırda Rusiya ilə əlaqələrimiz də qaydasındadır. Təklif edirəm ki, onun nəşini gətirib Şuşada dəfn edək”,- deyə o bildirib.

 

"Biz Qarabağa yalnız insanları deyil, müstəqilliyimiz uğrunda savaşan insanların ruhlarını da qaytarmalıyıq. Bu il Yusif Vəzir Çəmənzəminlinin ölümünün 80 illiyidir. Hesab edirəm ki, hökumət bununla bağlı ciddi addım atmalıdır. Onun nəşinin Azərbaycana qaytarılması üçün işlər görməlidir”, - deputat əlavə edib.


Geri dön