Ana Sayfa > Karusel / Siyasət > Siyasi partiyalar seçkilərdə kimi DƏSTƏKLƏYƏCƏK...

Siyasi partiyalar seçkilərdə kimi DƏSTƏKLƏYƏCƏK...


26-12-2023, 11:44. Yazar: Admin

 

Siyasi partiyalar seçkilərdə kimi DƏSTƏKLƏYƏCƏK...

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə iştirak etmək üçün 7 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Daha 8 nəfərin müraciətinə baxılacaq.

 

Bir çox partiyalar seçkilərlə bağlı mövqeyini açıqlayıb. Qarabaqinfo.az siyasi partiyaların növbədənkənar seçkilərdə kimi dəstəkləyəcəyini araşdırıb.

 

Azərbaycan Milli İstiqlal Partiyası – Namizəd irəli sürməyib, üzvləri müşahidəçi kimi iştirak edəcək


Ana Vətən Partiyası – Fəzail Ağamalının sədrlik etdiyi partiya seçkilərdə Prezident İlham Əliyevi dəstəkləyəcək.


Müsavat Partiyası – Seçkilərdə iştirak etməyəcək


Yeni Azərbaycan Partiyası – Prezident İlham Əliyein namizədliyi irəli sürülüb


Azərbaycan Ümid Partiyası - Prezident İlham Əliyevi dəstəkləyəcək.


Azərbaycan Demokratik Maarifçilik Partiyası - Prezident İlham Əliyevi dəstəkləyəcək

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası - Seçkilərdə iştirak etməyəcək


Vəhdət Partiyası - Prezident İlham Əliyevi dəstəkləyəcək.

 

Azərbaycan Xalq Partiyası – Pənah Hüseyn seçkilərdə namizəd irəli sürməyəcəklərini, üzvlərə kimi dəstəkləyəcəkləri barədə sərbəstlik verildiyini bildirib.

 

Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu da Modern.az–a açıqlamasında seçkilərdə namizəd irəli sürməyəcəklərini, üzvlərə kimi dəstəkləyəcəkləri barədə sərbəstlik verildiyini bildirib.

Müasir Müsavat Partiyası - Prezident İlham Əliyevi dəstəkləyəcək.
 

Böyük Quruluş Partiyası – Fazil Mustafanın namizədliyi irəli sürülüb

 

Demokratik İslahatlar Partiyası - Prezident İlham Əliyevi dəstəkləyəcək.

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyevin namizədliyi irəli sürülüb

 

Böyük Azərbaycan Partiyası – Elşad Musayevin namizədliyi irəli sürülüb

 

Klassik Xalq Cəbhəsi Partiyası - Seçkilərdə iştirak etməyəcək

 

Milli Dirçəliş Hərəkatı Partiyası – Seçkilərdə namizəd irəli sürməyəcək.

 

Milli Cəbhə Partiyası – Razi Nurullayevin namizədliyi irəli sürülüb.

 

Gələcək Azərbaycan Partiyası - Prezident İlham Əliyevi dəstəkləyəcək.

 

Haqq Ədalət Partiyası - Prezident İlham Əliyevi dəstəkləyəcək.

 

Azad Vətən Partiyası - Prezident İlham Əliyevi dəstəkləyəcək.


Ağ Partiya, Ədalət Partiyası, Azadlıq Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Yeni Zaman Partiyası, Respublikaçı Alternativ Partiyası seçkilərlə bağlı qərarlarını hələlik verməyiblər.


Geri dön