Ana Sayfa > Karusel / Sosial > Güclü külək əsib, qar yağıb - FAKTİKİ HAVA - VİDEO
Güclü külək əsib, qar yağıb - FAKTİKİ HAVA - VİDEO25-12-2023, 09:58. Yazar: Admin |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 25-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Xidmətdən Qarabaginfo.az-a verilən xəbərə görə, dekabrın 24-də müşahidə olunan güclü külək 25-i səhər saatlarından 8-13 m/s-dək mülayimləşib. Geri dön |