Ana Sayfa > Karusel / Region > Türkiyə ordusunun 6 hərbçisi ŞƏHİD OLDU

Türkiyə ordusunun 6 hərbçisi ŞƏHİD OLDU


23-12-2023, 11:05. Yazar: Admin

Türkiyə ordusunun 6 hərbçisi ŞƏHİD OLDU

 

İraqın şimalında PKK terrorçularının hücumu nəticəsində altı türk əsgəri şəhid olub.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.

 

"Terror təşkilatının Şimali İraqa hücumu nəticəsində 6 əsgərimiz şəhid olub, 1 əsgərimiz yaralanıb. Müəyyən edilmiş hədəflərə və terrorçuların qaçış istiqamətlərinə qarşı qəfil hava əməliyyatı keçirilib. İlkin təsbitlərə görə 7 terrorçu zərərsizləşdirilib", - məlumatda deyilir.

 

Xəbər verdiyimiz kimi, İraqın şimalında PKK terrorçularının hücumu nəticəsində Türkiyə ordusunun 3 hərbçisi şəhid olub, 4-ü yaralanıb.

 

Qarabaginfo.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi yaralı hərbçilərdən 3-nün həyatını xilas edilən bilmədiyini açıqlayıb.

 

Beləliklə, Türkiyə ordusunun şəhid hərbçilərinin sayı 6-ya çatıb.

 

Nazirlik bölgədə əməliyyatın davam etdiyini bildirib.

 

Hava zərbələri nəticəsində 7 terrorçunun məhv edildiyi qeyd olunur.


Geri dön