Ana Sayfa > Karusel / Manşet > Bu matçın Xankəndidə keçirilməsinin çox böyük mənası var - Prezident

Bu matçın Xankəndidə keçirilməsinin çox böyük mənası var - Prezident


21-12-2023, 14:06. Yazar: Admin

Bu matçın Xankəndidə keçirilməsinin çox böyük mənası var - Prezident

Bu futbol matçının (“Qarabağ” – MOİK oyunu – Red.) Xankəndidə keçirilməsinin çox böyük mənası var.

 

Qarabaqinfo.az  xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.

 

Dövlət başçısı qeyd edib ki, Xankəndi qədim Azərbaycan diyarıdır:

 

"Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır".


Geri dön