Ana Sayfa > Karusel / İdman > "Ermənilər qorxudan stadiona girmirdilər" - Aqil Abbas Xankəndidə
"Ermənilər qorxudan stadiona girmirdilər" - Aqil Abbas Xankəndidə21-12-2023, 11:54. Yazar: Admin |
Bu gün 14:00-da Xankəndi stadionunda "Qarabağ"la MOİK arasında oyun olacaq. Tarixi qarşılaşmanı Əli Əliyev idarə edəcək.
Bu oyun olduqca böyük rəmzi məna daşıyır. Çünki bu, Qarabağ işğalda ikən onun adını dünyaya çıxaran komanda ilə həmin əraziləri düşmən tapdağından azad edən ordunu təmsil edən komandanın oyunudur.
Oyunu izləməkə üçün minlərlə azarkeş Xankəndiyə gedib. Onların arasında bir sıra tanınmış adamlar da var.
Qarabaqinfo.az hazırda Xankəndidə olan Milli Məclisin deputatı Aqil Abbasla əlaqə saxlayıb.
Saytımıza açıqlamasında deputat Aqil Abbas işğaldan əvvəl də Xankəndidə çox olduğunu bildirib.
Fotoda: Xankəndi stadionu yeni görünüşdə
O deyir ki, oyunun keçirildiyi stadionda üç dəfə olub
"Şəfəq" komandası ilə oyun olub. Ağdamdan çox sayda azerkeş gəlirdi. Xankəndidəki azərbaycanlılar da oyuna baxırdılar. Ermənilər qorxularından stadiona girmirdilər. İndi də azad Xankəndidə komandalarımız oyun keçirir. Bundan xoş gün olar? Allah Ali Baş Komandanı var eləsin! Möhtərəm İlham Əliyevin sərkərdəliyi ilə torpaqlarımız azad olub. Hər yerdə Azərbaycan bayraqları dalğalanır. Şəhidlərimiz bu günü bizə yaşatdılar. Allah onlara rəhmət eləsin! “Qarabağ” komandası azad “Qarabağda” oynayır. Bundan gözəl nə ola bilər?!"
Deputat oyunda "Qarabağ" komandasını dəstəklədiyini bildirib:
"Təbii ki, mən “Qarabağ”ı tuturam. Oyundur, Allah hər iki komandaya kömək olsun. Kim udar-udar. Əsas odur ki, belə bir oyun Qarabağda keçirilir. Hər bir halda qalib Azərbaycandır".
Fotoda: Şuşadakı "Qarabağ" hotelinin foyesi
A.Abbas bu gün Xankəndiyə getmək üçün dünən Şuşada qaldıqlarını söyləyib:
"Dünən biz Şuşa hotelində qaldıq. Elə hotel tikiblər ki, heç Avropada yoxdur. Çox səliqəli, təmtəraqlı yerdir. Mən Avropada çox hotellerdə, xüsusilə 5 ulduzlu olanlarda qalmışam. Belə səviyyədə hotel görməmişəm. Təbii ki, Avropada "Hilton" hotel var. Amma bunun adı "Şuşa"dır. Sevimli aktyorumuz Fəxrəddin Manafovla, Rəşad müəllimlə (Rəşad Məcid - red.) Şuşada gəzdik. Sonradan onları yalnız qoydum. Yuxarı çıxmaq çətindir. Onlar piyada düşdü. İndi isə Xankəndiyə gedirik".
Aqil Abbas son olaraq qeyd edib ki, Yeni ildən sonra Qarabağda jurnalistlərə qonaqlıq verəcək. Geri dön |