Almaniya Federal Prokurorluğu Rusiya aktivlərinin müsadirə edilməsinə icazə verilməsi üçün məhkəməyə müraciət edib.
Qarabaginfo.az xəbər verir ki, indiyədək Aİ ölkələri yalnız oliqarxların, məmurların və şirkətlərin vəsaitlərini və əmlaklarını dondurub.
Lakin Moskva Birjası strukturunun Almaniyada yerləşdirilmiş 720 milyon avronu sanksiyalardan xilas etmək cəhdi hakimiyyətə bu hərəkəti cinayət kimi qiymətləndirməyə və vəsaitləri ələ keçirməyə əsas verdi.
Presedent qərar Kremlin Rusiyada fəaliyyət göstərən xarici şirkətlərin əmlakını müxtəlif vasitələrlə ələ keçirmək üçün getdikcə fəallaşan hərəkətləri fonunda qəbul edilib.