Ana Sayfa > Karusel / Siyasət / Region > Putinlə Nazarbayev arasında təkbətək görüş olub

Putinlə Nazarbayev arasında təkbətək görüş olub


20-12-2023, 14:10. Yazar: Admin

Rusiya prezidenti Vladimir Putin Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevlə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Nazarbayev ötən həftə sonu Moskvada olub və görüş qapalı şəritdə keçib.

“Nazarbayev doğrudan da Moskvada idi və prezidentlə tamamilə təkbətək görüşdü. Biz bunu təsdiq edə bilərik, bəli”, – Kreml rəsmisi bildirib.


Geri dön