Ana Sayfa > Karusel / Kriminal > Auditorlar Palatasındakı mənimsəmə faktı ilə bağlı - Rəsmi açıqlama

Auditorlar Palatasındakı mənimsəmə faktı ilə bağlı - Rəsmi açıqlama


20-12-2023, 14:06. Yazar: Admin

auditorlar-palatasindaki-menimseme-fakti-ile-bagli

Xəbər verdiyimiz kimi Azərbaycan Auditorlar Palatasının üç vəzifəli şəxsi xüsusilə külli miqadarda mənimsəmə faktı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Palatadan məsələ ilə bildirilib ki, daxili araşdırma nəticəsində 2018-2023- cü illər ərzində Maliyyə və texniki təminat idarəsinin əməkdaşları tərəfindən küllü miqdarda vəsaitin mənimsənilməsi aşkar edilib. Bunu nəzərə alaraq Palata rəhbərliyi tərəfindən 2023-cü ilin 10 iyul tarixində hüquq-mühafizə orqanlarına müraciət edilib, onun araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi və mənimsənilmiş vəsaitin Auditorlar Palatasının hesabına qaytarılması xahiş edilib:

“Hal-hazırda hüquq-mühafizə orqanları tərəfindən istintaq tamamlanıb, cinayət işi materialları baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə araşdırmasının nəticəsi və qəbul ediləcək qərar barədə məlumat əlavə olaraq Auditorlar Palatasının rəsmi internet saytı vasitəsi ilə ictimaiyyətin nəzərinə çatdırılacaq”,-deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, Paltanın maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və digər auditoru Fəridə Novruzovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü ( xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dəymiş ziyan 1 milyon manata yaxındır.

Daha əvvəl Palatanın rəhbəri Vahid Novruzov saytımıza bildirib ki, qanun pozuntularında ittiham olunan şəxslər vəzifələrindən kənarlaşdırılıblar.


Geri dön