Ana Sayfa > Karusel / Siyasət > KTMT-nin Baş katibi Ermənistana gedir

KTMT-nin Baş katibi Ermənistana gedir


20-12-2023, 12:43. Yazar: Admin

ktmt-nin-bas-katibi-ermenistana-gedir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov dekabrın 21-i Ermənistana səfər edəcək.

Qarabaginfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı təşkilatın Mətbuat xidməti yayıb. 

Tasmaqambetovun səfəri çərçivəsində Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla görüşü gözlənilir. 

Xatırladaq ki, son zamanlarda Ermənistan nümayəndə heyəti KTMT iclaslarına qatılmaqdan imtina edib. KTMT-yə Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. 


Geri dön