Qarabaqinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə partiyanın qurultayında qərar qəbul olunub.
LDPR Leonid Slutskini Rusiya Federasiyasının prezidentliyinə namizəd kimi irəli sürüb. Partiyanın qurultayına qatılan 108 nümayəndədən 106-sı onun lehinə səs verib.
Başqa namizədlər nəzərdən keçirilməyib. Slutski Jirinovski öləndən bəri LDPR-in sədridir.
Qeyd edək ki, Rusiyada Prezident seçkiləri 17 mart 2024-cü il tarixinə təyin edilib.