Ana Sayfa > Karusel / Təhsil > Elm və Təhsil Nazirliyindən yeni TƏYİNATLAR

Elm və Təhsil Nazirliyindən yeni TƏYİNATLAR


19-12-2023, 14:49. Yazar: Admin

Elm və Təhsil Nazirliyindən yeni TƏYİNATLAR

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Şəki - Zaqatala Regional Təhsil İdarəsinin müdiri Mehdiyev Bəhruz Yusif oğlu Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. 

Bu barədə Qarabaginfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Şəki - Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası isə regional idarənin müdir müavini Mahmudova Günay Rasim qızına həvalə edilib.

 

Qeyd edək ki, bundan öncə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Coşqun Əliyev Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müdir təyin edilib.


Geri dön