Ana Sayfa > Karusel / Dünya > Ukraynada Ali Baş Komandan Prezidenti TƏNQİD ETDİ

Ukraynada Ali Baş Komandan Prezidenti TƏNQİD ETDİ


19-12-2023, 11:28. Yazar: Admin

 

Ukraynada Ali Baş Komandan Prezidenti TƏNQİD ETDİ

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı korrupsiya qalmaqallarından sonra Prezident Vladimir Zelenski tərəfindən  hərbi komissarların işdən çıxarılmasını tənqid edib.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Strana.ua məlumat yayıb.

"Onlar peşəkar idilər, nəyi necə edəcəklərini bilirdilər", - Zalujnı deyib.

O, bu işdən çıxarılmaların ölkədə hərbi xidmətə çağırış prosesinə təsir etdiyini iddia edib.

Xatırladaq ki,  avqustun 17-də Prezident V.Zelenski bütün regional hərbi komissarların işdən çıxarılması haqqında fərman imzalayıb.

Prezidentin sözlərinə görə, hərbi sahəni hərbi yolu keçənlər idarə etməlidir.


Geri dön