Ana Sayfa > Karusel / Gündəm > Qazdan zəhərlənən müəllim və şagirdlərin son durumu - TƏBİB AÇIQLADI
Qazdan zəhərlənən müəllim və şagirdlərin son durumu - TƏBİB AÇIQLADI18-12-2023, 15:50. Yazar: Admin |
Saatlıda dəm qazından zəhərlənən müəllim və şagirdlərin son durumu açıqlanıb.
TƏBİB-dən Qarabaqinfo.az-a bildirilib ki, bu gün saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.
Qeyd olunub ki, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib: "Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub. Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir". Geri dön |