Ana Sayfa > Karusel / Siyasət > Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürülüb

Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürülüb


18-12-2023, 15:09. Yazar: Admin

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

Bu barədə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul olunub.
Bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 5-ə çatıb.

Geri dön