Ana Sayfa > Karusel / Region > Ukrayna Ali Baş Komandanının kabinetində “juçok” tapılıb

Ukrayna Ali Baş Komandanının kabinetində “juçok” tapılıb


18-12-2023, 12:29. Yazar: Admin

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının kabinetində dinləmə cihazları tapılıb.

Qarabaginfo.az xəbər verir ki, “juçoklardan” biri Baş Komandanın yeni kabinetində olub, Zalujnı ora köçməzdən əvvəl bu kabinet yoxlanılıb.

Ukrayna Təhlükəsizlik Xidməti məlumatı təsdiqləyib və Zalujnının daimi dislokasiya yerlərindən birində texniki qurğunun aşkarlanması ilə bağlı cinayət işinin açıldığını bildirib.

“Bu avadanlıq birbaşa Valeri Zalujninin ofisində deyil, gələcəkdə onun iş üçün istifadə edə biləcəyi binalardan birində tapılıb”, – təhlükəsizlik xidməti qeyd edib.


Geri dön