Ana Sayfa > Karusel / Gündəm > Partlayış törədən deputatı 10 il həbs gözləyir

Partlayış törədən deputatı 10 il həbs gözləyir


16-12-2023, 11:50. Yazar: Admin

Partlayış törədən deputatı 10 il həbs gözləyir

Xəbər verdiyimiz kimi, Ukraynanın Zakarpatiya oblastında deputatlardan biri kənd sovetinin iclasında partlayış törədib.

 

Qarabaqinfo.az "Unian"a istinadən xəbər verir ki, qumbara partladan deputatın kimliyi məlum olub.

 

Söhbət 54 yaşlı deputat Sergey Batrindən gedir. Onu 10 il həbs gözləyir.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni terror aktı kimi qiymətləndiriblər ki, bu, faktiki olaraq əmlakı müsadirə olunmaqla 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

Hadisənin motivinə gəlincə, partlayışdan əvvəl Batrin deputatlarla mübahisə edərək, müharibə zamanı Keretskov icmasının başçısına müavinət və mükafatların ayrılmasına qarşı çıxıb.

 

Qeyd edək ki, hadisə zamanı yaralananlar arasında Batrinin özü də var. Hazırda həkimlər onu həyata qaytarmağa çalışır.


Geri dön