Ana Sayfa > Karusel / Siyasət > Putin qərbli jurnalistlərin onun illik mətbuat konfransında iştirak edə bilməməsində Peskovu günahlandırıb

Putin qərbli jurnalistlərin onun illik mətbuat konfransında iştirak edə bilməməsində Peskovu günahlandırıb


14-12-2023, 16:15. Yazar: Admin

 

Putin: Rusiya Qarabağda tərəflərlə fəal surətdə işləyir

Amerikalı jurnalist Rusiya prezidenti Vladimir Putinə şikayət edib.

Qarabaginfo.az xəbər verir ki, Putinin illik mətbuat konfransında sual verən ABŞ-nin "Nyu-York Times" qəzetinin müxbiri Qərb ölkələrindən olan həmkarlarının üç ildən çoxdur ki, Rusiya prezidentinin bu cür tədbirlərində iştirak edə bilmədikərini, onların iştirakına icazə verilmədiyini bildirib.

Putin isə cavabında bunun günahının Kremlin sözçüsü Dmitri Peskovda olduğunu söyləyib:

"Bütün günah Peskovdadır. Mən demokratik və açıq adamam", deyə Rusiya Prezidenti amerikalı jurnalistə cavab verib.

Qeyd edək ki, Putinin bu il "Birbaşa xətt"lə birgə formartda keçirilən illik mətbuat konfransında qərb mətbuatının azsaylı nümayəndələri iştirak edir.


Geri dön