Ana Sayfa > Karusel / İqtisadiyyat > ABŞ-ın kommersiya neft ehtiyatları 441 mln. bareldən aşağı enib

ABŞ-ın kommersiya neft ehtiyatları 441 mln. bareldən aşağı enib


14-12-2023, 10:43. Yazar: Admin

 

ABŞ-ın kommersiya neft ehtiyatları 441 mln. bareldən aşağı enib

Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 4 259 min barel azalaraq, 440 772 min barel təşkil edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 650 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.


Geri dön