Ana Sayfa > Karusel / Dünya > Niderlandın potensial Baş naziri Putini “dəhşətli diktator” adlandırıb

Niderlandın potensial Baş naziri Putini “dəhşətli diktator” adlandırıb


13-12-2023, 17:52. Yazar: Admin

İfrat sağçı partiyası Nidelandda seçkilərdə qalib gələn Qert Vilders hesab edir ki, ölkə Ukraynaya hərbi yardımı kəsməlidir.

Qarabaginfo.az xəbər verir ki, indiyədək Niderland Kiyevin əsas müttəfiqlərindən biri olub, onu F-16 qırıcıları ilə təmin edib və ukraynalı pilotlara təlim keçib.

“Hesab edirik ki, öz ölkəmizi müdafiə edə bilmədiyimiz halda Ukraynaya hərbi dəstək verməməliyik”, – Vilders deyib.

Parlamentdə çıxış edən və daha əvvəl Vladimir Putini tərifləyən Vilders Rusiyadan uzaqlaşmağa çağırıb. Putinin dostu olmadığını və onu təcavüzkar hesab etdiyini bildirib. “Putin dəhşətli diktatordur”, – o deyib.


Geri dön