Ermənistanda yüksək vəzifəli polis əməkdaşları həbs edilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə yerli “Shamshyan” onlayn nəşri yazıb.
Nəşrin sözlərinə görə, dünən ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Sünik rayonunda əməliyyat tədbiri keçirib. Tədbir nəticəsində Gorus polis idarəsinin rəisi Muşeq Qevorqyan və Qafan polis idarəsinin rəis müavini Vaqarşak Ginosyan həbs edilərək İrəvana gətirilib.
Onların həbsinin səbəbi ibtidai istintaqın maraqlarına əsasən açıqlanmayıb. <iframe title="Iframe" width="0" height="0" frameborder="0" scrolling="no"></iframe>