Ana Sayfa > Karusel / Gündəm > Moskvada Valentina Matviyenko və Sahibə Qafarova arasında görüş keçirilir

Moskvada Valentina Matviyenko və Sahibə Qafarova arasında görüş keçirilir


22-09-2020, 17:48. Yazar: Admin

Moskvada Valentina Matviyenko və Sahibə Qafarova arasında görüş keçirilir - FOTO

Moskvada Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko və Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova arasında görüş keçirilir.

Qarabaginfo.az-ın xəbərinə görə Federasiya Şurasında keçirilən görüşdə ikitərəfli əməkdaşlıq müzakirə olunur.

Qeyd edək ki, sentyabrın 21-də Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova Rusiyaya rəsmi səfərə gəlib. Səfər çərçivəsində Milli Məclisinin sədrinin Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Xarici İşlər naziri Sergey Lavrovla ayrılıqda görüşləri nəzərdə tutulub. Bundan başqa, sentyabrın 23-də Sahibə Qafarovanın Federasiya Şurasının payız sessiyasının ilk iclasında çıxışı da planlaşdırılır.APA


Geri dön