Ana Sayfa > Karusel / Manşet > Prezidentin Təhlükəsizlik Xidməti ilə bağlı sənədlər MEİS altsisteminə daxil edilməyəcək

Prezidentin Təhlükəsizlik Xidməti ilə bağlı sənədlər MEİS altsisteminə daxil edilməyəcək


13-12-2023, 14:02. Yazar: Admin

Prezidentin Təhlükəsizlik Xidməti ilə bağlı sənədlər MEİS altsisteminə daxil edilməyəcək

Azərbaycan Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib.

 

Qarabaqinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

 

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar üzrə dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədləri rəsmiləşdirildiyi gündən sonra 5 (beş) iş günündən gec olmayaraq kağız və elektron daşıyıcıda həmin Fonda təqdim edəcək.

 

Fərmanla Prezidentinin Təhlükəsizlik Xidməti həmin məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) altsisteminə daxil etməyəcək.


Geri dön