Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Zelenski Norveçə gedir
Zelenski Norveçə gedir13-12-2023, 13:14. Yazar: Admin |
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ səfərindən sonra Norveçə gedəcək.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında məlumat verilib.
Belə ki, Ukrayna prezidentini daşıyan təyyarə bu gün Norveçə uçacaq.
Zelenski Norveçin baş naziri Conas Qer Storla görüşəcək və həmçinin bu gün Osloda keçiriləcək Nordik sammitində (Şimal ölkələri sammiti) iştirak edəcək.
Ukrayna prezidenti son iki günü ABŞ-da keçirib və orada Konqresi Ukraynaya yeni yardım paketini qəbul etməyə inandırmaq üçün çalışıb. Geri dön |